• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

AYNA sözçüsü yeni parklanma qaydalarından DANIŞDI: Qanunsuz pul yığımının qarşısını almaqla...

CƏMİYYƏT

28 Mart 2024 | 13:39

AYNA sözçüsü yeni parklanma qaydalarından DANIŞDI: Qanunsuz pul yığımının qarşısını almaqla...

“Parklanma yerlərinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir”.

Bunu Bakıvaxtı.az-a yeni parklanma qaydalarına etirazlara münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Onun sözlərinə görə, parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir:

“Parklanmanın düzgün idarəedilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərair yaradır. Eyni zamanda nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə imkan yaradır.

Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri dörd ödənişli (mərkəz, 1-ci, 2-ci, 3-cü) zonaya bölünüb. 4-cü zonada isə parklanma ödənişsizdir”.

Mətbuat katibi qeyd edib ki, həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur:

Tural Orucov: Əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli boş yer var

“Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır”.

Tural Orucov müşahidələrə əsasən onu da qeyd edib ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024