• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Baş nazirlərin təkbətək görüşü keçirildi - FOTO - YENİLƏNİB

SİYASƏT

05 May 2025 | 15:52

Baş nazirlərin təkbətək görüşü keçirildi - FOTO - YENİLƏNİB

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Baş naziri Aleksandr Turçin ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Əli Əsədov Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Aleksandr Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

    Hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

    ***

    14:40

    Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.

    Bakıvaxtı.az bu barədə apa-ya istinadən xəbər verir.

    ***

    13:38

    Bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçinlə təkbətək görüşü başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report” Belarus hökumətinin mətbuat xidmətinə istinadən məlumat verib.


    SON XƏBƏRLƏR