İran aprelin 26-da ölkənin cənubundakı Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 3 milyard dollardan 5 milyard dollara qədər itki verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr məlumat verib.
Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir.
Xatırladaq ki, partlayış nəticəsində azı 70 nəfər ölüb, 1200-ə yaxın insan yaralanıb.