Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı ilk oyunlarının hakimləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, yığmamız ilk matçlarına İsveçdə çıxacaq.
İyunun 6-da meydan sahiblərinə qarşı görüşdə Norveç və Danimarka təmsilçiləri ədaləti qoruyacaqlar. Ertəsi gün Gürcüstanla üz-üzə gələcək millimizin oyunu İsveç və Norveçdən olan referilərə tapşırılıb.