• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Barsa"nın 10 nömrəsi "Monako"ya keçir

İDMAN

04 Iyun 2025 | 18:15

Barsanın 10 nömrəsi Monakoya keçir

İspaniyanın "Barselona" komandasının futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Monako” 22 yaşlı vingeri icarə əsasında heyətinə qatacaq. Tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Gənc oyunçu özü də Liqa 1 təmsilçisində oynamaq istəyir. O, buna görə bir neçə klubun təklifini rədd edib.

Qeyd edək ki, Ansu Fati bu mövsüm Kataloniya təmsilçisinin heyətində 11 qarşılaşmada meydana çıxıb.


SON XƏBƏRLƏR

05 Iyun 2025