• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Fənərbağça” daha bir futbolçu ilə vidalaşdı

İDMAN

04 Iyun 2025 | 15:56

“Fənərbağça” daha bir futbolçu ilə vidalaşdı

Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir. 

Məlumata görə, serbiyalı yarımmüdafiəçi  Filip Kostiçin iyunun 30-da başa çatması nəzərdə tutulan icarə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kostiç "Konyaspor" matçından sonra verdiyi açıqlama ilə "Fənərbağça"dan ayrılacağını açıqlayıb.

"Hazırda qərar vermək çətindir. Bir neçə həftədən sonra "Yuventus"a qayıdacağam və dünya çempionatında iştirak edəcəyəm. Bununla belə, "Fənərbağça"nın formasını geyinmək mənim üçün bir zövq idi. Ümid edirəm ki, azarkeşləri sevindirdim".

Bu mövsüm "Fənərbaxça"nın heyətində 35 matçda forma geyinən Filip Kostiç 2 qol və 9 məhsuldar ötürmə ilə çıxış edib.

Qeyd edək ki, “Fənərbağça” daha əvvəl Edin Ceko və Duşan Tadiçin komandanı tərk etdiyini açıqlayıb.

Murad Məmmədli

 

 


SON XƏBƏRLƏR

05 Iyun 2025