• Bakı 15° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Putin üçün xüsusi tribunal nə vaxt işə başlayır?

DÜNYA

05 May 2025 | 22:22

Putin üçün xüsusi tribunal nə vaxt işə başlayır?

Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi tribunal gələn ildən fəaliyyətə başlaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudraya məlumat verib.

Tribunalın fəaliyyətə başlama tarixi ilə bağlı sualı cavablandıran məmur qeyd edib ki, proses uzun çəkə bilər, lakin tərəflər artıq Haaqa tribunalının yaradılması prosesini aydın başa düşürlər:

"Xüsusi tribunal gələn ildən işə başlaya bilər. Bu il biz qanunvericilik bazasını tamamlayırıq və xüsusi tribunal formalaşdırmağa başlayırıq: hakimlərin işə götürülməsi, katiblik, iş qaydaları, prosedurların həyata keçirilməsi. Amma əsas odur ki, Ukraynaya qarşı təcavüz cinayətini törədənlər üçün ədalət labüddür"./axar.az


SON XƏBƏRLƏR

05 May 2025