• Bakı 15° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

“Sosial xidmət haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi

SİYASƏT

05 May 2025 | 16:02

“Sosial xidmət haqqında” qanuna edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi müəyyənləşir.

Belə ki, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.


SON XƏBƏRLƏR