• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Saxta süd məhsullarının sosial mediada satışının qarşısı alındı

CƏMİYYƏT

05 May 2025 | 16:45

Saxta süd məhsullarının sosial mediada satışının qarşısı alındı

Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yoxlama keçirilib. 

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.

Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.


Saxta süd məhsullarının sosial mediada satışının qarşısı alındıSaxta süd məhsullarının sosial mediada satışının qarşısı alındı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026