Bakıda svetoforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velospied bölmələri quraşdırılıb.
Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat əldə edib.
Paytaxtda velosipedçilərin rahatlığı və mikromobilliyin inkişafı daim diqqətdə saxlanılır. Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 24 yolayrıcında olan svetoforlara 53 ədəd velosiped bölmələri quraşdırılıb.
Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu svetoforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.
Bu istiqamətdə işlər davam etdirilir.
Əli Hüseynov