• Bakı 15° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Mahaçqalada üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - YENİLƏNİB

DÜNYA

05 May 2025 | 17:05

Mahaçqalada üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - YENİLƏNİB

Dağıstan DİN əməkdaşları Mahaçqalada DYP naryadına hücum edən iki nəfəri öldürülüblər.

Bakıvaxtı.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-dən bildirilib.

Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.

Mahaçqaladakı Respublika Xəstəxanasından TASS-a bildirilib ki, atışmadan sonra üç nəfər xəstəxanaya yerləşdirilib.

***

16:29

Mahaçqalada naməlum şəxslərin polis ekipajına hücum etməsi nəticəsində 3 polis əməkdaşı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

    İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisi məhv edilib, daha ikisi isə polis maşını ilə cinayət yerindən qaça bilib.

    Silahlıların qaçdığı avtomobili Kamaeva küçəsində tapılıb.

    ***

    15:55

    Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.

    Bakıvaxtı.az  Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.

      Məlumata görə, silahlı şəxslərdən biri zərərsizlədirilib, digər isə qaçıb gizlənib.

      Onun tutulması istiqamətində tədbirlər görülür.


      SON XƏBƏRLƏR