• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

 Sürücü avtomobili məktəblilərin üzərinə sürdü: Xəsarət alanlar var

DÜNYA

04 Iyun 2025 | 16:15

 Sürücü avtomobili məktəblilərin üzərinə sürdü: Xəsarət alanlar var

Kölnün (Almaniya) yaxınlığında yerləşən Hürt şəhərində sürücü avtomobil ibtidai məktəb şagirdlərinin üzərinə sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" yerli polisə istinadən məlumat yayıb.

Hadisə nəticəsində iki uşaq xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə təxminən günorta saat 12:15-də baş verib. Ətraf mühasirəyə alınıb, hadisə yerinə tibbi helikopter gəlib.

Polis bildirib ki, qəsdən vurma əlamətləri aşkar edilməyib.


SON XƏBƏRLƏR

05 Iyun 2025