• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Politico": Aİ qaçqınları Ukraynaya qaytarmaq üçün plan hazırlayacaq

DÜNYA

04 Iyun 2025 | 15:49

Politico: Aİ qaçqınları Ukraynaya qaytarmaq üçün plan hazırlayacaq

Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınların öz ölkələrinə qaytarılması planını hazırlamağa başlayacaq.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, region ictimaiyyəti Ukraynadan olan qaçqınların qəbulu proqramını 2027-ci ilin mart ayına qədər uzatmağı planlaşdırır. 

Avropa komissarı Maqnus Brunner bildirib ki, Ukraynanın hər şeydən çox öz vətəndaşlarına ehtiyacı var:

"Hazırda Aİ-də 4,3 milyona yaxın ukraynalı yaşayır. Onların əksəriyyəti Almaniya, Polşa və Çexiyadadır. Biz ukraynalılara öz gələcəkləri ilə bağlı məlumatlı qərar verməkdə kömək etməliyik. Brüssel hərbi əməliyyatlar başa çatdıqdan sonra insanların tədricən evlərinə qayıtması mexanizmini yaratmağa hazırlaşır". 

Qeyd edək ki, ukraynalı qaçqınlar üçün Aİ-də yaşamaq və işləmək icazəsi əvvəllər vaxt baxımından məhdud idi. Daha sonra regional birliyin rəhbərliyi bu vaxtı bir neçə dəfə uzadıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Iyun 2025