• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Çörək maşınında narkotik daşıyırmış - VİDEO

HADİSƏ

05 Iyun 2025 | 16:10

Çörək maşınında narkotik daşıyırmış - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.

    B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR