“NATO ilə Rusiya arasında gərginlik son aylarda daha da artıb. Ukrayna müharibəsi fonunda başlayan qarşılıqlı ittihamlar artıq hərbi təlimlər və sərt bəyanatlarla müşayiət olunur. Söz müharibəsi getdikcə daha təhlükəli müstəviyə keçir”.
Bu barədə Bakıvaxtı.az-a tanınmış politoloq Züriyə QarayevaRusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkovun “NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır” iddiasını şərh edərkən bildirib. Müsahibimizin sözlərinə görə, məsələ ondadır ki, gərginlik təkcə siyasi bəyanatlarla bitmir. Hər iki tərəf - həm Rusiya, həm də NATO - bir-birinin sərhədlərinə yaxın ərazilərdə ordu toplamağa, silah yerləşdirməyə və taktiki təlimlər keçirməyə davam edir:
“Bu isə hər an səhv bir addımın, yanlış anlaşılmış hərbi hərəkətin kontroldan çıxaraq regional münaqişəyə çevrilməsi riskini artırır.
Əslində, tərəflər hələ də birbaşa müharibədən yayınmağa çalışır. NATO daxilində də fikir ayrılığı var. bəzi ölkələr (məsələn, Almaniya və Macarıstan) açıq şəkildə daha ehtiyatlı mövqe tutur, müharibə ritorikasından uzaq dayanmağa çalışır. Digər tərəfdən, Polşa, Baltik ölkələri və Britaniya kimi NATO üzvləri daha sərt və qətiyyətli davranır.
Fransa prezidenti Emmanuel Makronun “zəruri olarsa, NATO hərbçiləri Ukraynaya daxil ola bilər” fikri də bu mübahisələri qızışdıran açıqlamalardan biri oldu. Rusiya isə bu cür bəyanatları “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirir və açıq şəkildə bildirir ki, belə bir addım atılarsa, nüvə strategiyasını nəzərdən keçirə bilər. Bu kontekstdə ABŞ-də 2024-cü il seçkiləri də həlledici əhəmiyyət kəsb edir”.
Z.Qarayeva diqqətə çatdırıb ki, Donald Tramp yenidən hakimiyyətə qayıdarsa, bu, NATO-Rusiya münasibətlərinə fərqli təsir göstərə bilər:
“Tramp prezidentliyi dövründə NATO-ya qarşı soyuq münasibət göstərmiş, hətta ABŞ-nin alyansdan çıxmasını belə gündəmə gətirmişdi. Bundan əlavə, Tramp-Putin arasında formalaşmış şəxsi münasibətlər - bir-birinə “hörmət” ritorikası, Moskvanın Vaşinqton siyasətinə daha az sərt reaksiya verməsi - yeni siyasi balans yarada bilər.
Putinin öz çıxışlarında Trampı tez-tez “daha proqnozlaşdırıla bilən və sərt, amma açıq tərəfdaş” kimi qiymətləndirməsi də bu ehtimalı gücləndirir. Belə bir dönüş, NATO daxilində parçalanmaya yol aça, alyansın Ukrayna siyasətinə təsir göstərə bilər. Amma eyni zamanda bu, gərginliyin diplomatik həll şansını da artıra bilər, çünki hər iki lider - Tramp və Putin -ənənəvi diplomatiya yerinə şəxsi kanallara üstünlük verir”.
Politoloqun qənaətinə görə, hazırkı mənzərə onu göstərir ki, qarşıdurma ehtimalı artıq siyasi ritorika səviyyəsində deyil, real risk faktoruna çevrilib:
“Tərəflər hələ də tammiqyaslı müharibədən qaçmağa çalışsalar da, davam edən təxribatlar, təlimlər və sərhəd insidentləri bu sülhü daim təhlükə altında saxlayır.
Yekunda demək olar ki, NATO-Rusiya müharibəsi bu gün başlamayacaq. Amma sülh də artıq zəmanətli deyil. Gərginliyin bu qədər yüksəldiyi, dialoqun isə bu qədər zəiflədiyi bir dövrdə, sadə bir insident belə, qlobal təhlükəsizlik sistemini silkələyə bilər”.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr QruşkoŞimali Atlantika Alyansının Baltikyanı ölkələrdə keçirdiyi Baltops 2025 hərbi təlimlərinə münasibət bildirən rusiyalı nazir müavini qeyd edib ki, bu təlimlər NATO-nun Rusiya Federasiyası ilə hərbi toqquşmaya hazırlaşdığını deyir:
"NATO-nun hərbi fəaliyyətini Rusiya ilə hərbi qarşıdurmalara hazırlığın bir hissəsi kimi qiymətləndiririk. Bu təlimlərin istiqamətinə, qüvvələrin yerləşdirilməsinə, keyfiyyətinə, bu təlimlər üçün tərtib edilmiş tapşırıqlara baxsaq, o zaman bu bu özləri ilə müqayisə olunan bir düşmənlə mübarizədir. Yəni, Rusiya ilə...Bu, bütün əməliyyat mühitində üstünlüyün nailiyyətidir: yer üzündə, suda, havada.
Əlbəttə ki, bu cür təlimlər son dərəcə təxribat xarakteri daşıyır”.
Aydın Baxış