Bolqarıstan 1 yanvar 2026-cı ildən avroya keçməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen X sosial şəbəkəsində bildirib.
"Bu gün Bolqarıstan valyuta kimi avronun qəbul edilməsinə bir addım daha yaxındır. Avro sayəsində Bolqarıstan iqtisadiyyatı daha güclü olacaq, avrozona tərəfdaşları ilə daha böyük ticarət həcmi, birbaşa xarici investisiyalar, maliyyəyə çıxış, keyfiyyətli iş yerləri və real gəlirlər əldə edəcək", - deyə o bildirib.
AK Bolqarıstanda 1 yanvar 2026-cı ildən avronun tətbiqi ilə bağlı Avropa İttifaqı Şurasının qanunvericilik aktları üzrə təklifləri təsdiqləyib. Gözlənilir ki, Avropa İttifaqı Şurası Avroqrupda və Avropa Şurasında müzakirələrdən sonra və Avropa Parlamenti və Avropa Mərkəzi Bankı öz rəylərini bildirdikdən sonra bu məsələ ilə bağlı yekun qərar qəbul edəcək.