• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

İsrail ordusu Livanın cənubuna zərbələr endirdi

DÜNYA

01 Fevral 2026 | 22:09

İsrail ordusu Livanın cənubuna zərbələr endirdi

İsrail hərbçiləri Livanın cənub rayonlarına yeni zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hədəf kimi "Hizbullah" təşkilatının hərbi obyektləri göstərilib.

Gün ərzində ordu Məzraat-Abudiya yaşayış məntəqəsində "Hizbullah"ın bir neçə mühəndis maşınına hücum edib. İsrail tərəfinin versiyasına görə, bu texnika hərbi infrastrukturun bərpası üçün istifadə olunurdu.

Bundan əlavə, "Hizbullah" silahlı birləşmələrinin üzvü məhv edilib, rayonların bir hissəsində isə tanklara qarşı raketlərin saxlandığı anbarlar və digər hərbi təyinatlı binalar da daxil olmaqla, hərbi infrastrukturu məhv etmək məqsədi ilə zərbələr endirilib.


SON XƏBƏRLƏR

31 Yanvar 2026