• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Evdən 100-dən çox ölü pişik tapıldı

DÜNYA

04 Iyun 2025 | 16:00

Evdən 100-dən çox ölü pişik tapıldı

Yaponiyada heyvanları qorumaq üçün könüllü olan qadının evindən 100-dən çox ölü pişik tapılıb.

Bakıvaxtı.az bu barədə NHK dövlət televiziyasına istinadla xəbər verir.

Məlumata görə, Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto şəhərində bir cütlük heyvanlara kömək etməyi hədəfləyən könüllülərdən ibarət "Animal Assist Senju" adlı qrupun üzvü olan bir qadına əmanət etdikləri pişiyinin öldüyünü öyrənib.

Cütlüyün şikayətindən sonra Animal Assist Senju qrupunun üzvləri polisin müşayiəti ilə qadının evinə daxil olublar.

Evə daxil olan qrup zibil, sidik və nəcislə dolu evdə 100-dən çox ölü pişik tapdıqlarını bildirib.

Evin sahibi olan qadın səlahiyyətlilərə bunun necə baş verdiyindən xəbərinin olmadığını bildirib.

Animal Assist Senju qrupu vəziyyətdən xəbərsiz olduqları üçün sosial media hesablarında üzr istəyib.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

05 Iyun 2025