• Bakı 15° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Latviya TRACECA-da müşahidəçi ölkə statusu alıb

DÜNYA

05 May 2025 | 14:15

Latviya TRACECA-da müşahidəçi ölkə statusu alıb

Latviya TRACECA Hökumətlərarası Komissiyasında (HK) müşahidəçi ölkə statusu alıb.

Bakıvaxtı.az TRACECA-ya istinadən xəbər verir ki, bu barədə TRACECA HK-nın baş katibi Aset Asavbayevin Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqar Skuya ilə görüşü zamanı məlum olub.

Görüş zamanı TRACECA çərçivəsində cari və perspektiv layihələr, həmçinin Latviyanın TRACECA HK-da müşahidəçi ölkə kimi nəqliyyat potensialı və imkanları müzakirə edilib.

Bundan başqa, nəqliyyat sazişlərinin rəqəmsallaşdırılması, logistika proseslərinin təkmilləşdirilməsi üçün sistemin yaradılması və Xəzər dənizində bərə konsepsiyasının inkişafı ilə bağlı planlar nəzərdən keçirilib. Pilot elektron qaimə layihəsinin həyata keçirilməsi, rəqəmsal (elektron) icazələrin tətbiqi, TRACECA Fondunun yaradılması, TRACECA Vahid Tranzit İcazəsi Sazişi, 2027-2036-cı illər üçün "Avropa - Qafqaz - Asiya" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə TRACECA HK strategiyasının hazırlanması və digər mövzular gündəlikdəki məsələlər arasında yer alıb.

Görüş zamanı həmçinin müşahidəçi ölkələrin TRACECA Fondunda iştirak imkanları nəzərdən keçirilib. Fondun məqsədi beynəlxalq ticarətin və yük daşımalarının sadələşdirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi və inkişafıdır.


SON XƏBƏRLƏR