• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Kremlin “qisas əməliyyatı” olacaq? - Rusiya əvvəl 10 raket atırdısa, indi...

DÜNYA

04 Iyun 2025 | 13:46

Kremlin “qisas əməliyyatı” olacaq? - Rusiya əvvəl 10 raket atırdısa, indi...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın məlum hücumuna görə mütləq intiqam alınacağını deyib.

Bakıvaxtı.az xəbər verir ki. hücumdan sonra bir müddət susan Medvedev öz sosial şəbəkə səhifəsində “qisas qaçılmazdır” yazıb. Bildirib ki, narahat olan və qisas gözləyən hər kəs narahat olmalıdır:

"Bu, normal insana xas xüsusiyyətdir. Qisas qaçılmazdır. Partladılmalı olan hər şey partladılacaq, məhv edilməli olanlar isə yox olacaq".

Medvedev onu da yazıb ki, İstanbulda danışıqlar kimlərinsə uydurduğu qeyri-real şərtlər üzərində kompromis sülh əldə etmək üçün deyil, Rusiya ordusunun tezliklə qələbəsi və neonasist hökumətinin tamamilə məhv edilməsi üçün lazımdır. Onun sözlərinə görə, danışıqlarda təqdim olunan Rusiya memorandumunun məqsədi də budur.

Siyasi şərhçi İlham İsmayıl Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatları hamıya yaxşı bələddir.

Ekspert vurğulayıb ki, Medvedyev çox aqressiv cavablar verir və tez-tez nüvə silahına əl atacaqları barədə xəbərdarlıqlar edir:

"Yəni Medvedyevin çox radikal mövqedə olması yenilik deyil və gözləniləndir. Bəs Medvedyevin dediyi kimi qisas əməliyyatı olacaqmı? Üç ilə yaxındır ki, Rusiya-Ukrayna arasında müharibə gedir. Rusiya Ukrayna ərazilərini işğal edir, raketlərdən istifadə edir. Lvovdan, Qərbi Ukraynadan tutmuş Kiyevə qədər raket atəşinə tutur. Bundan artıq nə ola bilər? Rusiya hansı formada qisas əməliyatı keçirə bilər? Əvvəl 10 raket atırdı, ola bilsin indi 15 raket atacaq”.

İlham İsmayıl: Kiyev və ətrafı genişmiqyaslı raket hücumuna məruz qala bilər

Müsahibimizin fikrincə, təbii ki, Rusiyanın nüvə silahına əl atacağı inandırıcı deyil. İ.İsmayıl qeyd edib ki, heç Kursk ərazisi tutulanda Rusiya buna getmədi. Baxmayaraq ki, Medvedyev o zaman da hədələyirdi.

Siyasi şərhçi hesab edir ki, sadəcə olaraq Kiyev və ətrafı genişmiqyaslı raket hücumuna məruz qala bilər:

“Onsuz da çox yeri dağıdıblar. Mariopulda salamat bina qalmayıb. Hədəf olaraq seçilən vilayətlər - Xarkov, Sumı, Dnepr və Zaporejyedir. Hərçənd, bunlar heç də asan deyil, çünki Rusiyanın özünün də problemləri var".

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Iyun 2025