• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan erməni kilsəsini növbəti dəfə sərt tənqid edib

DÜNYA

04 Iyun 2025 | 10:21 | Müəllif: Əli Hüseynov

Paşinyan erməni kilsəsini növbəti dəfə sərt tənqid edib

Yüksək rütbəli ruhanilərin bir hissəsi başa düşmür ki, Erməni Apostol Kilsəsi xalqın kilsəsidir, hər birimizin kilsəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

    O, “Erməni Apostol Kilsəsinin subaylıq andının pozulması ilə murdarlandığını” qeyd edib.

    Baş nazir bəyan edib ki, “subaylıq andını pozan ruhanilər mənəvi xidmətə davam edə bilməzlər”.

    Qeyd edək ki, Nikol Paşinyan artıq bir müddətdir erməni kilsəsini tənqid edir. O,Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir. Paşinyan qeyd edib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026