• Bakı 23° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO

DÜNYA

04 Iyul 2025 | 09:23

Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO

Almaniyanın keçmiş kansleri Angela Merkel illər əvvəl ABŞ Prezidenti Donald Trampla yaşadığı xoşagəlməz hadisədən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Yunanıstanın paytaxtı Afinada “Kathimerini” qəzetinə müsahibəsində bəhs edib.

Merkel Trampın 2017-ci ilin martında kameralar qarşısında onun əlini sıxmaqdan necə imtina etdiyini xatırladıb.

“Mən dedim: “Donald, gəlin əl sıxaq”, lakin o bunu etmədi. O, diqqəti özünə cəlb etmək istəyirdi. Onun məqsədi diqqəti yayındırmaq və hamını ona baxmağa məcbur etməkdir” - sabiq kansler deyib.

Merkel daha sonra kameraların diqqətindən kənar yerdə əl sıxışdıqlarını əlavə edib.

Qeyd edək ki, Ağ Evdə görüş zamanı jurnalistlər onlardan bir-birinə əl verməyi xahiş etsələr də, Amerika Prezidenti onların xahişinə məhəl qoymayıb. Merkel ona tərəf əyilərək əl sıxıb-sıxmayacağını soruşsa da, Tramp kanslerin təklifini cavabsız qoyub.

Sözügedən görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR