Suriyada 61 illik Əsəd rejiminin devrilməsindən sonra aparılan yenidənqurma çərçivəsində ölkənin milli loqosu yenilənib.
Bakıvaxtı.az xəbər verir ki, paytaxt Dəməşqdə Prezident sarayında keçirilən rəsmi mərasimdə yeni gerb ictimaiyyətə təqdim olunub.
Rəsmi məlumatlara görə, yeni gerbdə ölkənin 14 əyalətini təmsil edən 14 lələkli qanadlı şahin əks olunub. Qalxan üzərindəki ulduzların sayı 2-dən 3-ə qaldırılıb, əvvəlki gerbdə olan buğda sünbülləri isə çıxarılıb.
Yeni gerb dövlət qurumlarının möhürlərindən tutmuş şəxsiyyət vəsiqələrinə qədər bütün rəsmi simvollarda tətbiq olunacaq.
Suriya prezidenti Əhməd Şəra təqdimat zamanı çıxış edərək bildirib:
“Bu gerb bölünməyə qarşı duran vahid Suriyanı simvolizə edir. Dəməşqin tarixindəki ən acı dövr artıq geridə qalıb”.
Əli Hüseynov