• Bakı 26° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

İranda yeni hərbi struktur yaradılır, Pezeşkian sədr olur

DÜNYA

02 Avqust 2025 | 22:58

İranda yeni hərbi struktur yaradılır, Pezeşkian sədr olur

Tehran Ali Milli Təhlükəsizlik Şurasında əhəmiyyətli struktur dəyişiklikləri çərçivəsində yeni Ali Müdafiə Şurası yaratmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” və “Tasnim” agentlikləri məlumat yayıb.

Mətbuatın yazdığına görə, Müdafiə Şurasının strukturu bir neçə gün əvvəl təsdiqlənib.

Mənbələrə görə, prezident şuraya sədrlik edəcək, katib isə çox güman ki, prezidentin təyin etdiyi hərbçi olacaq. Əsas məqsədlərin ölkənin müdafiə qabiliyyətinin hərtərəfli gücləndirilməsinin dəstəklənməsi, müdafiə sektorunda qərarların qəbulu sürətinin artırılması və Silahlı Qüvvələrin Baş Qərargah rəisindən əlavə hərbi komandirlərin cəlb edilməsi olduğu bildirilir.


SON XƏBƏRLƏR

02 Avqust 2025