• Bakı 23° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

İran əksər hava limanlarını gündüz saatlarında uçuşlara açır

DÜNYA

04 Iyul 2025 | 09:59

İran əksər hava limanlarını gündüz saatlarında uçuşlara açır

İsfahan və Təbriz istisna olmaqla İrandakı bütün hava limanları saat 05:00-dan 18:00-a qədər daxili və beynəlxalq uçuşlar üçün açıq olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatının yaydığı məlumata görə,

Qurumdan bildirilib ki, qərar Koordinasiya Komitəsinin təsdiqi və mövcud təhlükəsizlik şəraiti əsasında aparılan ətraflı yoxlamalardan sonra qəbul edilib.

Məlumata əsasən, ölkənin şərq hava məkanında gecə uçuşlarına tətbiq olunan məhdudiyyətlər hələlik qüvvədə qalacaq.

Təşkilat əlavə edib ki, İsfahan və Təbriz hava limanları da təhlükəsizlik və əməliyyat baxımından tam hazır olduqdan sonra yenidən uçuşlara açılacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR