• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu bankın əmlakları təkrar hərraca çıxarılır

CƏMİYYƏT

28 Mart 2024 | 12:53

Bu bankın əmlakları təkrar hərraca çıxarılır

Aprelin 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə təkrar açıq hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv.metrlik, dəyəri 505 min manat olan 251,8 kv.metrlik, dəyəri 542 min manat olan 2 ədəd 270,9 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 2,114 milyon manat təşkil edir.


SON XƏBƏRLƏR

26 Aprel 2024