• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Sanksiyalara məruz qalan Rusiya şirkətləri və fiziki şəxslərinin sayı AÇIQLANDI

CƏMİYYƏT

27 Fevral 2024 | 16:40

Sanksiyalara məruz qalan Rusiya şirkətləri və fiziki şəxslərinin sayı AÇIQLANDI

Qərbin azı bir ölkəsi tərəfindən sanksiyalar tətbiq edilən Rusiyanın fiziki şəxslərin və şirkətlərin sayı 6 mini ötüb.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu “X-Compliance” sisteminin statistikası göstərir.

Qeyd edilib ki, hazırda bu göstərici 6 063-dür. 2022-ci il fevralın 20-nə olan məlumata görə, Rusiyanın 1 000 fiziki şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq olunub. Ötən ilin sonunda isə bu göstərici 5 444 idi.

Bundan başqa, Qərb ölkələri Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozmaqda şübhəli bilinən üçüncü ölkələrin şirkətlərinə qarşı da sanksiyaları genişləndirib. “X-Compliance” sisteminin statistikasına əsasən, ümumilikdə ABŞ, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya 2022-ci ildən 2024-cü ilə qədər anti-Rusiya tədbirləri ilə bağlı proqramlar çərçivəsində xarici şirkətlərə qarşı 483 sanksiya tətbiq edib. Daha çox BƏƏ, Kipr, Çin və Türkiyədən olan şirkətlər Qərb sanksiyalarına məruz qalıb.


SON XƏBƏRLƏR