• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şəhidin atası: “Oğlumun 9 medalı var” - FOTO

CƏMİYYƏT

28 Yanvar 2024 | 16:47 | Müəllif: Subhan Mahmudov

Şəhidin atası: “Oğlumun 9 medalı var” - FOTO

4 ay komada qalaraq şəhid olan hərbçimizin 44 günlük vətən müharibəsinin iştirakçısı olub.

Bakıvaxtı.az bildirir ki, bu barədə şəhidin atası Tahir Qasımov deyib.

Onun sözlərinə görə övladı ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanıb:

"O, komada hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olub. Bir ildən artıqdır ki Azərbaycan ordusunda xüsusi təyinatlı orduda xidmət edirdi".

Şəhidin atası qeyd edib ki övladı işğal altında olan rayonların bir neçəsinin azad olunmasında iştirak edib, 9 medalı var./apa


Şəhidin atası: “Oğlumun 9 medalı var” - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR