• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Nadir Qafarzadə xəyanətdən danışdı: “Eləmişəm, həyat yoldaşım da...” - VİDEO

MƏDƏNİYYƏT

25 Iyun 2022 | 15:54 | Müəllif: Subhan Mahmudov

Nadir Qafarzadə xəyanətdən danışdı: “Eləmişəm, həyat yoldaşım da...” - VİDEO

Müğənni Nadir Qafarzadə xəyanət mövzusunda açıqlamaları ilə diqqət çəkib.

Bakıvaxtı.az-ın məlumatına görə, müğənni bu barədə “MTV maqazin” verilişində danışıb.

Qafarzadə xəyanətin əvvəllər də olduğunu və hər zaman da olacağını qeyd edib.

İfaçı açıqlaması zamanı cavanlıqda xəyanət etdiyini, hətta bunu həyat yoldaşının da bildiyini etiraf edib.

“Bəlkə də, cavanlıqda xəyanət etmişəm. Bunu həyat yoldaşım bilib. Bu evliliyə qədər olub. Evliliyə qədər olanlar xəyanət sayılmır. Demirəm ki, bundan sonra etməyəcəm. İnsanıq da... Bizi şeytan aldadır, yoldan çıxarır”, - deyə Nadir bildirib.

Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki oğlan övladı var.

Ətraflı süjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026