• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Məşhur yazıçı vəfat etdi

MƏDƏNİYYƏT

23 Iyul 2022 | 19:18

Məşhur yazıçı vəfat etdi

Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.

Bakıvaxtı.az “Sözcü”yə istinadən xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.

Rasim Özdənörən 20 may 1940-cı ildə Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.

Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR