• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Milyonçu ilə evlənən Hadise HAMİLƏDİR

MƏDƏNİYYƏT

20 Avqust 2022 | 18:47 | Müəllif: Subhan Mahmudov

Milyonçu ilə evlənən Hadise HAMİLƏDİR

Bu ilin aprelində milyonçu iş adamı Mehmet Dinçerlerlə ailə quran pop ulduz Hadisenin ana olacağı haqda məlumatlar ortalığa çıxıb.  

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, türk mətbuatı sənətçinin 2 aydan çoxdur hamilə olduğunu yazıb.

Bildirilir ki, məhz bu səbəbdən Hadise kameralardan uzaq qaçmağa və görüntülənməməyə çalışır. Həmçinin, dərc olunan xəbərlərdə qeyd olunub ki, sənətçinin gizlicə ailə qurmasının da səbəbi hamilə olmasıdır.
Müzakirələrə səbəb olan hamiləlik mövzusu ilə bağlı Hadise hələ açıqlama verməyib.  

Qeyd edək ki, Hadise bir neçə həftə əvvəl rəsmi olaraq ərdə olduğu həyat yoldaşı Mehmet Dinçerlerin soyadını götürüb.

M.Dinçerler dünyaca məşhur "Gloria Jeans" - "coffeeshop food and drink" şəbəkəsinin qurucusu və təsisçisidir.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026