Bir müddətdir gözdən uzaq olan “Arka sokaklar”ın məşhur aktyoru Uğur Pektaş sosial media hesabında etdiyi paylaşımla sükutu pozub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media izləyiciləri tərəfindən tənqid edilən paylaşım bəziləri tərəfindən bəyənilib. Arvadlarının intim görüntülərini paylaşanları qınayan Pektaş paylaşımında bu ifadələrə yer verib:
“...Dəbdir, yediklərimizi, içdiklərimizi, getdiyimiz yerləri, ən intim görüntülərimizi paylaşa bilərik. Arvad... İçinizdəki hansı boşluq bunu edərdi... Səncə, yeyib-içdiklərin bədənin və ağlın üçün idisə... Həyat yoldaşınızın və ailənizin ən intim tərəfləri ürəyiniz, ruhunuz üçün idi...”
Pektaş paylaşımına belə davam edib: "Əgər həqiqətən sevirsənsə, yaşadığın anın dadını çıxar. Yenə də paylaşarsan? Bax, bu vəziyyətdəyəm, sırf bu vəziyyətdə olduğum üçün... “
Aktyor qeyd edib ki, insanlar nurlu şəxləri, parlaq şeyləri sevirlər, amma çoxu o işığın öz qaranlığını göstərəcəyindən qorxduğu üçün qaçır...
Aytac Aslan
















