• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Dədə Süleyman"dan XƏBƏR VAR: 18 gündən sonra...

MƏDƏNİYYƏT

19 Oktyabr 2022 | 09:40 | Müəllif: Qalib İbrahimoğlu

"Dədə Süleyman"dan XƏBƏR VAR: 18 gündən sonra...

Xalq arasında "Dədə Süleyman" kimi tanınan məşhur xanəndə, Əməkdar artist Süleyman Abdullayevin səhhətində irəliləyiş var.

Bunu Bakıvaxtı.az-a xanəndənin qızı Aygün Abdullayeva deyib.

“Müstəqillik günündə bizim evdə bayram bayrama qarışıb. Atam 18 gün ərzində heç bir sistem qəbul etmir, damarlar partlayır, yemək yemirdi. Həkimimiz gəlib dedi ki, bu gün yoxlanış edək görək bədəninə sistem gedir? Bir tərəfdən qolunu deşdilər, ordan damar zədələndi sistem getmədi. İkinci tərəfdən deşəndə sistem bədənə getməyə başladı. Ona bir sevindik, inanın. Sistem bitdikdən sonra dedi ki, yemək istəyirəm. Dedik, nə istəyirsən? Dedi, xaş istəyirəm. Buna təcili surətdə xaş təşkil elədik. 4 kasa xaş suyu içdi. Amma böyrək 30% işləyir deyə narahatıq”.

A.Abdullayeva deyir ki, atası 18 gün ərzində ancaq su ilə qidalanıb: "Bədən açılıb, ola bilər ki, böyrək də yenidən fəaliyyətə başlayıb. Sonuncu cavablar həkimə göndəriləcək. Bədən reaksiya versə, əməliyyata girəcək".

Qızının dediyinə görə, xanəndənin dostları atasını tez-tez ziyarət edirlər. "Ağadadaş Ağayev, Hacı Nuran gəlmişdilər. Atamı ziyarətə gələn hər kəsə təşəkkürümü bildirirəm". 

"Bu, Allahın bir möcüzəsidir, Allaha qurban olum, atam sağalır. Allah bizə şans verib. Sevincimin həddi-hüdudu yoxdur, heç kimə izah edə bilmirəm”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026