Müğənni Kərim Abbasov həmkarı Nazim Pişiyarinin onun haqqında dediklərinə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi "Səhərin səsi" verilişində Nura Suri ilə birlikdə Nazimi onlarla eyni proqrama qatılmağa qoymadıqlarını deyib:
"Yola saldıq getdi. Onunla efirə çıxmaq istəmirdim. Hər şeyin bir səbəbi var. Nazim bilməsə də, olar. Bizə əvvəlcədən deyilməmişdi ki, Nazim olacaq. Efirə gəldim, deyirlər filankəs. Axı onunla münasibətim yoxdur, bir yerdə otura bilmərəm. Hətta Nura da mənimlə birlikdə dedi ki, biz gedirik. Onlarda sonra Nazimi yola saldılar".
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqal "Maşın" şouda başlayıb. Yarışmanın ilk günü Kərimi şoudan aşıq Namiq Nazim Pişiyarinin sifarişi ilə uzaqlaşdırmışdı. Kərim daha sonra onun ünvanına "dovşan" sözünü deyib. Onlar aralarındakı mübahisənin 12 ildən çox olduğunu açıqlayıb. Qalmaqal isə toy məclisində başlayıb. Kərim deyib ki, məclisdə Nazim mikrofonu ona verməyib.
Nazim isə Kərimdən intiqam aldığını danmayıb və "Şəxsən mən demişəm ki, Kərimi çıxart. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki... İndi intiqam alıram" sözlərini söyləyib.




jpg-1671176492.webp)











