• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Boşanan təkcə Xoşqədəm deyil" - Məşhur teleaparıcı

MƏDƏNİYYƏT

16 Dekabr 2022 | 10:00

"Boşanan təkcə Xoşqədəm deyil" - Məşhur teleaparıcı

“Mən nə edirəm, deyirlər, saxtadır, evliliyə də saxta demək dəhşət idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı “Uğur TV” Youtube kanalında müsahibəsi zamanı deyib.

Aparıcı bildirib ki, hər kəs onun evliliyinin saxta olduğunu iddia edirdi: “Nə etsəm, deyəcəklər ki, saxtadır. Xoşqədəm güldü, ağladı, qucaqladı, hamısına saxta deyəcəklər. Ancaq daha evliliyə də olmaz da. Əvvəl dedilər, bir aya boşanacaqlar. Sonra 1-2 ilə boşanacağımızı dedilər. Sonra uşaqlar oldu, yenə dedilər, boşanacaqlar. Bir şeyi dərk etmək lazımdır ki, taleyi yazan Allahdır, onu bəndələr idarə etmir”.

"Xoşqədəm hansı halda ailəsindən ayrılıar" sualına aparıcı “Boşanan təkcə Xoşqədəm, Doğuş deyil. Evlənən də təkcə biz deyilik" deyə cavab verib.

Hidayətqızının spzlərinə görə, elə tanınan, ziyalı şəxslər, onların övladları ailələrindən ayrılır, pis yollara düşür ki, insan dəhşətə gəlir: "Bu, nə mənim, nə də başqasının işi deyil, bu, Allahın işidir. Allah bizə nə yazıbsa, biz onu yaşayacağıq. Allah mənə o ayrılığı yazıbsa da pozsun. Çünki tək uşaq, xüsusilə də oğlan uşaqlarını böyütmək çox çətindir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR