• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyanın ən gözəl qadını məlum oldu - VİDEO

MƏDƏNİYYƏT

15 Yanvar 2023 | 09:34 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən gözəl qadını məlum oldu - VİDEO

ABŞ vətəndaşı, Filippin əsilli R Bonni Qabriel şənbə günü keçirilən "Kainat gözəli-2022" müsabiqəsinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda (Luiziana) keçirilib.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.

Qeyd edək ki, ötən il Hindistan təmsilçisi Harnaz Sandhu “Kainat gözəli-2021” gözəllik müsabiqəsinin qalibi olub. İsrailin Eylat şəhərində baş tutan tədbir müsabiqənin yutubdakı səhifəsində yayımlanıb.

Üzgüçülük geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olub, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026