• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Xanımların TikTok-a girməsini yaraşdırmıram" - Türkan Vəlizadə

MƏDƏNİYYƏT

14 Yanvar 2023 | 13:47

"Xanımların TikTok-a girməsini yaraşdırmıram" - Türkan Vəlizadə

Müğənni Türkan Vəlizadə TikTok-a girən xanımları tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu haqda "Həyat tərzi" verilişində danışıb. O bildirib ki, indi müğənnilər də TikTok-da məşhurlaşan mahnılar oxuyurlar:

"Bu, platforması biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm TikTok-da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil. TikTok-da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə... 

Kişilərin TikTok-a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların girməsini onlara yaraşdırmıram. Olmaz". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026