• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanlı müğənniyə görə yolları bağlayacaqlar

MƏDƏNİYYƏT

17 Noyabr 2022 | 12:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı müğənniyə görə yolları bağlayacaqlar

Noyabrın 19-da Nijni Novqorodda Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) konserti olacaq.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 5600 nəfərlik idman sarayında solo proqramla çıxış edəcək. Konsertə biletlərin qiyməti isə 2600 rubldan (72 AZN-dən) başlayır.

Bildirilib ki, həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə xəbər Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytında verilən sərəncamda yazılıb. Müəyyən ərazidə və yolda nəqliyyatın, eyni zamanda dayanacağın qadağan ediləcəyi qeyd olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR