Ukraynanın Xalq artisti Tina Karolun Bakı konserti ləğv olunub.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb ifaçının Ermənistanla bağlı paylaşımı olub. Tədbirin ləğv olunması haqda məlumatı iticket.az yayıb.
"Tina Karolun 15 noyabrda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib. Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur", - deyə yazıda qeyd edilib.
Qeyd edək ki, Tina Karolun konserti Heydər Əliyev Sarayında planlaşdırılmışdı.
Xatırladaq ki, bundan əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskix da Bakı konserti təxirə salınıb.
















