• Bakı 15° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Naməlum şəxs İran Konsulluğunda özünü partladacağını bildirib

DÜNYA

19 Aprel 2024 | 17:06

Naməlum şəxs İran Konsulluğunda özünü partladacağını bildirib

İran vətəndaşı İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin binasına şübhəli bağlama gətirib və üzərində partlayıcı kəmər olduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.

Qeyd edilib ki, hadisəni törədən şəxs bir müddət əvvəl səfirlik binasının giriş qapısına hücum edərək onu yandırıb.

Səfirliyin bütün əməkdaşlarının səhhətinin tam qaydasında olduğu bildirilib.

Həmin şəxsin saxlanıldığı, üzərində isə heç bir partlayıcı maddənin aşkarlanmadığı qeyd olunub.

    ***

    16:42

    Naməlum şəxs Parisin 16-cı dairəsində yerləşən İran Konsulluğunun yaxınlığındakı binaya daxil olaraq, özünü partladacağını bildirib.

    Bakıavxtı.az xəbər verir, əraziyə çox sayda polis qüvvələri cəlb olunub.

      Onun hələ də binanın içərisində olduğu və əlindəki partlayıcını işə salacağı ilə təhdid etdiyi qeyd edilib.

      Hadisədən sonra bina mühasirəyə alınıb və ərazidəki metro stansiyası sərnişinlər üçün bağlanıb.


      SON XƏBƏRLƏR