• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotik yetişdirən Hacıqabul sakinləri saxlanıldı

CƏMİYYƏT

12 Sentyabr 2021 | 10:31 | Müəllif: Subhan Mahmudov

Narkotik yetişdirən Hacıqabul sakinləri saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən  məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası məşğul olan Sabirabad rayon sakini Sahib İsayev çalışdığı Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 170 qram marixuana, eləcə də S.İsayevin çalışdığı şirkətin ərazisində becərdiyi 8 ədəd çətənə kolu aşkarlanaq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026