• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bolqarıstanlı deputatlar azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

CƏMİYYƏT

12 Oktyabr 2021 | 10:20

Bolqarıstanlı deputatlar azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

Bu günlərdə Milli Məclisə Bolqarıstan Respublikası Xalq Məclisinin Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmidin imzası ilə məktub daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyevin adına ünvanlanmış məktubdaazərbaycanlı deputatlaraAzərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin ildönümü münasibəti ilə səmimi təbriklər çatdırılır, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinə dəyən zərərin tezliklə aradan qaldırılması, regionda sülhün və əmin-amanlığın bərqərar olmasıarzusu ifadə olunur.

Təbrik məktubundaişğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma işlərinin qısa zamanda başa çatması, bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurd-yuvalarına geri qayıtması istəyi əks olunub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026