• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotiki satan şəxs və müştərisi saxlanıldı

HADİSƏ

05 Avqust 2021 | 16:23

Narkotiki satan şəxs və müştərisi saxlanıldı

Gəncədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Göygöl rayon sakini Camal Həmzəyev Gəncə şəhərində saxlanılaraq polis idarəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Orxan Abdullayev saxlanılan zaman onun üzərindən narkotik maddə olan “patı” aşkar edilərək götürülüb.

Sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman isə oradan “metamfetamin” və “tiryək” aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026