• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Badamdarda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

04 Sentyabr 2021 | 14:38

Badamdarda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, ilkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub: “Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır. Yanğın lokallaşdırılaraq qarşısı alınıb”.

*** 13:30

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR