Pakistanın Pəncab əyalətində sərnişin avtobusu keçiddən aşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb. Qəzaya səbəb avtobus sürücüsünün təkərin partlaması nəticəsində idarəetməni itirməsi olub.
















