Ucar rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.
Bakıvaxtı.az-ın "APA"ya istinadən xəbərinə görə, Ucar rayonu Ənvər Məmmədxanlı kənd orta məktəbinin direktoru, 1960-cı il təvəllüdlü Maya Sədyar qızı Qədirova müalicə aldığı paytaxt xəstəxanalarından birində ötən gün vəfat edib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn ediləcək.
















