• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı

HADİSƏ

03 Dekabr 2021 | 10:28

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026