• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağstafada mikroavtobusda kişi meyiti tapıldı

HADİSƏ

01 Yanvar 2022 | 11:39 | Müəllif: Qalib İbrahimoğlu

Ağstafada mikroavtobusda kişi meyiti tapıldı

Ağstafa rayonunda avtomobildə kişi meyiti tapılıb.

Bakıvaxrı.az-ın xəbərinə görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Mikroavtobusda ölü tapılan şəxs 1985-ci il təvəllüdlü E.Əliyevdir. O, sərnişin daşıyan mikroavtobusda bələdçi işləyib.

Mərhumun gecə saatlarında həmin nəqliyyat vasitəsinin içərisində yatdığı, səhər isə ölü tapıldığı bildirilib.

Ölüm səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026