• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şirvanda xeyli silah-sursat aşkarlandı

HADİSƏ

31 Yanvar 2022 | 10:47

Şirvanda xeyli silah-sursat aşkarlandı

Şirvan şəhərində silah-sursat aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan RQD-5 əl qumbarası, 7 ədəd minamyot mərmisi, 4 ədəd top mərmisi, 2 ədəd 30 mm-lik boş giliz və 2 ədəd döyüş başlığı aşkar olunub.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR