• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürdəmirdə mikroavtobus aşdı, ölən və yaralılar var

HADİSƏ

01 Yanvar 2022 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Kürdəmirdə mikroavtobus aşdı, ölən və yaralılar var

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində ölən və yaralananlar var.

Xəbərə görə, Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 1976-cı il təvəllüdlü Quliyev Elgiz Mirzə oğlunun idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Xəlilov Rahib Osman oğlu ölüb, bir neçə nəfər ağır yaralanıb.

İlkin məlumata görə, yaralılar siyahısı belədir:

Quliyev Elgiz Mirzə oğlu,

Xəlilova Şövkət Əhməd qızı,

İbrahimov Cəlal Qüdrət oğludur.

Digər yaralıların kimliyi barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026